Rusiyada erməni məhkəməyə qadın paltarında gətirilib


Rusiyada 18 nəfərin ölümünə səbəb olmuş Ermənistan vətəndaşı, sürücü Qraç Aratunyan qadın xalatında məhkəməyə gətirilib.

Dəhşətli qəza törətməkdə şübhəli bilinən Aratunyan məhkəmə zalına gətirilərkən qorxu içində olduğu müşahidə edilib. Jurnalistlərin suallarına ancaq başını tərpədərək cavab verən erməni sürücü göz yaşlarını saxlaya bilməyib. O, hələ də şokda olduğunu, ona görə də danışa bilmədiyini bildirib.

NTV-nin məlumatına görə, Moskvada iyulun 13-də Aratunyan tərəfindən törədilmiş qəzada “Kamaz” sərnişin avtobusla toqquşması nəticəsində 18 nəfər ölüb və 30-dan artıq insan ağır xəsarət alıb.

Məhkəmə zamanı onun qardaşı bildirib ki, Aratunyan Qarabağ müharibəsində iştirak edib və orada kontuziya alıb. Hələ bu azmış kimi, yeganə oğlu bu yaxınlarda hərbi xidmətdə olarkən öldürülüb. Moskvaya ehtiyac üzündən gəlib ki, pul qazanıb oğluna başdaşı düzəltdirsin.

Erməni sürücünün qadın xalatında məhkəməyə gətirilməsi sosial şəbəkələrədə ciddi rezonans yaradıb. Erməni və ruslar bunu insan ləyaqətini açaldan addım hesab etdiklərini və rus şovinizminin nümunəsi adlandırıblar. (modern.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu