Ata 26 yaşlı oğlunu bıçaqladı-


Xaçmazda bıçaqlanma hadisəsi baş verib.

ARB Şimal xəbər verir ki, hadisə rayonun Köhnə Xaçmaz kəndində qeydə alınıb. Başından və bədənində bıçaq yaraları alan 26 yaşlı Əzizov Nizami Şirinbala oğlu təcili tibbi yardım vasitəsilə Xaçmaz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Cərrahiyyə şöbəsinə yerləşdirilən yaralı dərhal əməliyyat olunub, vəziyyəti orta-ağırdır.

İlkin ehtimala görə, xəsarət alan şəxs atası tərəfindən bıçaqlanıb.

Hazırda faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

[media=https://www.youtube.com/watch?v=of09nF1Wkr0]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu