Gəncə sakini qızı qətlə yetirərək basdırıb


Daşkəsəndə gənc qız qətlə yetirilib

"Kəpəz TV"-nin məlumatına görə, hələlik adı açıqlanmayan Gəncə sakini öz həmyerlisi 18-20 yaşlı qızı qətlə yetirərək, Daşkəsən rayonunun Xoşbulaq kəndi ərazisində torpağa basdırıb.

Sonra isə qətli törədən şəxs polisə hadisə ilə bağlı məlumat verib. Daşkəsən rayon polis və prokurorluq orqanları əməkdaşları hadisə yerinə baxış keçirərək cəsədi basdırıldığı yerdən çıxarıblar.

Faktla bağlı Daşkəsən rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır. Hələlik qətli törədənin və mərhumun şəxsiyyəti barədə ictimaiyyətə açıqlama verilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu