Azərbaycanlı qadın Türkiyədə öldürüldü


Türkiyədə azərbaycanlı qadın birgə yaşadığı şəxs tərəfindən öldürülüb.

AzVision.az “turkiyegazetesi”nə istinadən xəbər verir ki, hadisə dünən Balıkəsir rayonunun Bigadiç qəsəbəsində qeydə alınıb.

68 yaşlı Ş.F 4 aydır birlikdə yaşadığı Azərbaycan əsilli Türkiyə vətəndaşı, 66 yaşlı Samaya K.L ilə mübahisə edib.

Mübahisə nəticəsində Samaya K. evi tərk etmək istəyib. Lakin bununla razı olmayan Ş.F Samaya K.-nı şərflə boğaraq qətlə yetirib. Qətldən sonra Ş.F. Polis Şöbəsinə gələrək təslim olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu