Bakıda 19 yaşlı qız faciəvi şəkildə öldü


Bakıda gənc qız bədbəxt hadisə nəticəsində ölüb.

Suraxanı Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə oktyabrın 20-də gecə saatlarında Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1997-ci il təvəllüdlü Əsgərova Sərfinaz Salman qızı yaşadığı binanın 9-cu mərtəbəsindəki mənzilin pəncərəsindən paltar asmaq istəyərkən ehtiyatsızlıqdan yıxılıb. S.Əsgərova aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır. (“Trend”)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu