Sevdiyi qıza görə qollarını kəsdi- Bakıda


Bakının Səbail rayonunda 20 yaşlı oğlan intihara cəhd edib.

Üzeyir Hacıbəyli küçəsi, ev 21, mənzil 17-də yaşayan 1996-cı il təvəllüdlü Abdullayev Vüsal Ramiz oğlu hamam otağında iki qolunun damar nahiyəsini kəsib. Çoxlu qan itirən V.Abdullayev 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

V.Abdullayev ilkin tibbi yardımdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşlarına ifadəsində bildirib ki, o sevdiyi qız üçün intihara cəhd göstərib.

Faktla bağlı araşdırma aparılır. (“Report”)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu