Bakı sakini Moskvanın mərkəzində avtomatdan atəş açdı


Moskvada “Infiniti QX56” markalı avtomobillə havaya atəş açan Azərbaycan vətəndaşı saxlanılıb.

Virtualaz.org bildirir ki, bu barədə “Moskva" şəhər xəbərləri agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, ötən gün polisə naməlum şəxslərin paytaxtın Basman rayonu, Bauman küçəsində havaya atəş açmaları barədə məlumat daxil olub.

Hadisə yerinə gələn Rusiya DİN əməkdaşları içərisində iki nəfərin olduğu “Infiniti QX56” markalı avtomobil, onun yük yürində isə avtomat silah və patronlar aşkarlayıblar.

Polisin araşdırmasına əsasən atəşi Azərbaycan vətəndaşı açıb. Onun yanında Petropavlovsk- Kamçatka sakini də olub. Hələlik faktla bağlı cinayət işi açılmayıb. Polis hadisənin baş vermə səbəbini dəqiqləşdirir.

Bakı sakininə hələlik Moskvanı tərk etməmək tapşırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu