Bakıda iki gənc qız itkin düşüb


Bakıda iki qız itkin düşüb.

Lent.az-ın məlumatına görə, Binəqədi rayon Rəsulzadə qəsəbəsində yaşayan 19 yaşlı Ayşən Yunusova (ad və soyadlar şərtidir) noyabrın 7-də saat 08 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Bundan başqa Biləcəri qəsəbəsindəki hərbi şəhərcikdə yaşayan 18 yaşlı Səbinə Səmədova noyabrın 14-də itkin düşüb.

Bildirilir ki, hər iki qızın itkin düşməsi ilə bağlı polisə anaları müraciət edib. Onlar qızların fotolarını və xarakterik əlamətlərini polisə təqdim ediblər.

Axtarış tədbirləri həyata keçirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu