Bakıda özünü qız kimi təqdim edən oğlan bıçaqlandı


Paytaxtda özünü qız kimi təqdim edən oğlan bıçaqlanıb.

"Report" xəbər verir ki, hadisə Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən binada qeydə alınıb.

Belə ki, 25 yaşlı R.G. özünü qız kimi təqdim edərək tanımadığı kişini evinə qonaq dəvət edib. Məhz özünü qız kimi təqdim etməsi səbəbindən onunla qonaq arasında mübahisə düşüb. Nəticədə təxminən 30 yaşlarında olan kişi R.G.-nın boğazına və qol nahiyəsinə bıçaqla xəsarət yetirib. Bundan sonra o, mənzildən çıxaraq qaçıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Məlumata görə, G.R. bundan əvvəl də kişilərə intim münasibət təklif edərək onları evinə dəvət edirmiş.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsində araşdırma aparılır. Cinayət işi başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu