16 yaşlı oğlan anasını namus üstündə güllələdi- Bakıda


16 yaşlı Maarif Əliyev anası, 37 yaşlı Mədinə Qurbanovanı namus üstündə öldürüb.

“Report”un əldə etdiyi məlumata görə, M.Qurbanovanın əri bir müddət əvvəl arvadından küsərək evdən gedib. Qadın isə başqa kişilərlə görüşüb. Bu barədə M.Əliyevə qonşular məlumat verib. Bundan sonra o, anasını güdməyə başlayıb. Küçədə anasının avtomobildən düşdüyünü görən gənc evdə onunla mübahisə edib. Mübahisə bitdikdən yarım saat sonra M.Əliyev anasına divanda əyləşdiyi yerdə atəş açıb. Atəş səsinə qonşular gəlib.

Bildirilir ki, M.Qurbanovanın 4 övladı var. M.Əliyev ortancıl oğludur.

* * *10:11

Paytaxtda qətl törədilib. Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə Zabrat-2 qəsəbəsi, Oktyabr küçəsi 52 ünvanında, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb. Orda məskunlaşmış Füzuli rayonundan olan məcburi köçkün, 16 yaşlı Maarif Eldar oğlu Əliyev anası, 1978-ci il təvəllüdlü Mədinə Qurbanovanı yatdığı yerdə güllələyib.

M. Əliyev polisə könüllü təslim olub.

O, hadisədə istifadə etdiyi, babasına məxsus ov tüfəngini də polisə təhvil verib.

M. Əliyev qətli namus üstündə törətdiyini bildirib. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu