Biləsuvarda 32 yaşlı kişi özünü asaraq intihar edib


Biləsuvarda intihar hadisəsi baş verib. Hadisə bu gün axşam saatlarında Biləsuvar rayonun Əsgərəbad kəndində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Elşən Möhübbət oğlu Nəciyev yaşadığı evdə özünü asaraq intihar edib. E.Nəciyevin özünü öldürməsi səbəbləri məlum deyil.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. (APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu