Rusiyada arvadını öldürmüş şəxs Azərbaycanda saxlanıldı


Rusiya Federasiyasında (RF) qəsdən adam öldürməyə görə axtarışa verilən şəxs Azərbaycanda tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi xəbərə görə, RF-nın Sankt-Perterburq şəhərində Bahar Pirqələmovanın əri Ramiz Əsgərov tərəfindən qətlə yetirilməsi ilə əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən R.Əsgərov tutulub.

Faktla bağlı araşdırmalara başalanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu