İtən gənclər yeraltı məzarlıqda tapıldı




Fransanın paytaxtı Parisdə yerləşən yeraltı məzarlıqda üç gün əvvəl 16-17 yaşlarında iki gənc itmişdi.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, məzarlıq tünelində itən gənclər 4 saat ərzində polis itləri tərəfindən tapılıb. Gənclərin icazə verilməyən əraziyə daxil olduğu, sonra isə çıxışı itirdikləri bildirilir.

Qeyd edək ki, 18-ci əsrdə məzarlıqlar dolduğu üçün 6 milyona yaxın insanın sümükləri buraya yığılıb. Məzarlığın bir hissəsini ziyarət etməyə icazə verilir, lakin gənclərin qadağan olunmuş yerlərdə gəzdikləri, əyləncə təşkil etdikləri bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu