Balakəndə evdən külli miqdarda narkotik vasitə tapılıb

Xəbərin çap versiyası
Tarix: 19-06-2017, 18:48    |    Xəbər oxunub: 645 dəfə
Balakəndə evdən külli miqdarda narkotik vasitə tapılıb


İyunun 16-da Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu Qazma kənd sakini Adil Şindiyevin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirib.



Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu zaman oradakı mal-qara saxlanılan tövlənin yanında 17 ədəd, tövlənin arxa hissəsindəki istixananın yanında 9 ədəd olmaqla ümumilikdə 30 ədəd çətənə kolu, həmçinin həyətdəki yardımçı tikilidə satış məqsədilə gizlədib saxladığı, ümumi çəkisi 17,3 kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Həmin şəxsin yaşadığı evə baxış keçirilərkən isə oradakı dolabın üzərindəki 2 ədəd dəmir qabda ümumi çəkisi 36,22 qram olan qurudulmuş marixuana da aşkar edilib.

Bu şəxs əvvəllər də qəsdən sağlamlığa ağır zərərvurmaya və qanunsuz narkotik tərkibli bitkilərin əkib-becərilməsinə görə iki dəfə məhkum olunub.

A.Şindiyev cinayəti törətməkdə şübhəli şəxs qismində tutulub, Balakən RPŞ-də fakta görə Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3 -cü maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
ATƏT PA-nın yeni prezidenti məlum oldu

ATƏT PA-nın yeni prezidenti məlum oldu

Əfqanıstanda iki məsciddə törədilən partlayışlarda 59 nəfər ölüb

Əfqanıstanda iki məsciddə törədilən partlayışlarda 59 nəfər ölüb

Rusiya 33 ton pomidoru Azərbaycana qaytardı

Rusiya 33 ton pomidoru Azərbaycana qaytardı

Saakaşviliyə görə Poroşenkonu mühakimə edə bilərlər

Saakaşviliyə görə Poroşenkonu mühakimə edə bilərlər

Bir abituriyent iki qrup üzrə imtahan verə biləcək-

Bir abituriyent iki qrup üzrə imtahan verə biləcək- yenilik

Qoqolun sirli ölümü

Qoqolun sirli ölümü

HHM qoşunlarının növbəti hərbi hissəsi istifadəyə verilib

HHM qoşunlarının növbəti hərbi hissəsi istifadəyə verilib

Azərbaycan-Ukrayna işgüzar görüşü keçirilib

Azərbaycan-Ukrayna işgüzar görüşü keçirilib

Hər gün 7 min körpə ölür

Hər gün 7 min körpə ölür

Bakıda sahibsiz itlər nömrələnəcək

Bakıda sahibsiz itlər nömrələnəcək

Bakıda “Azərsu”ya bina tikən şirkəti Ukraynada yol tenderinə buraxmadılar

Bakıda “Azərsu”ya bina tikən şirkəti Ukraynada yol tenderinə buraxmadılar

Moskvada ermənilərlə taciklər arasında kütləvi dava

Moskvada ermənilərlə taciklər arasında kütləvi dava

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur