Ana südə zəhər qatıb 5 yaşlı qızını öldürdü- Azərbaycanda




Qusarda azyaşlı qətlə yetirilib.

Rayon hüquq-mühafizə orqanlarından bildirilib ki, bir neçə gün əvvəl Hil kəndində fermada yaşayan Gülnarə Saypullayeva qızı, 2012-ci il təvəllüdlü Saypullayeva Luiza Bəxtiyar qızının qəflətən ölməsi barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində azyaşlının öldürüldüyü müəyyənləşib.

Şübhəli şəxs qismində dindirilən G. Saypullayeva qızını zəhərlədiyini bildirib. O, azyaşlıya içinə həşəratları öldürmək üçün istifadə olunan dərman qarışdırılmış süd içirdiyini deyib.

G. Saypullayeva tutulub, faktla bağlı araşdırma aparılır.(APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu