Bakıda dostunu bıçaqlayan şəxs məhkəmə zalında həbs olunub





Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Roman Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.



APA-nın xəbərinə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, R. Əhmədov 1 il müddətində azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, hadisə ötən il Bakının Nəsimi rayonu ərazisində baş verib. R. Əhmədov aralarında yaranan münaqişə zəminində dostu Elşən Əliyevi bıçaqlayıb. Xəstəxanaya çatdırılan E. Əliyevi xilas etmək mümkün olub. Hadisəni törədən R. Əhmədov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu