Bakıda makler döyülüb




Bakıda ev alqı-satqısı ilə məşğul olan şəxs döyülüb.

Hadisə Sabunçu rayonu ərazisində, Ramana qəsəbəsində baş verib. 33 yaşlı Vəliyev Laçın Əli oğlu mübahisə zəminində döyülüb. O, ağır vəziyyətdə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə məlumat verilib, araşdırma aparılır.

Qeyd edək ki, ev alqı-satqısı ilə məşğul olan Laçın Vəliyev barəsində bir müddət əvvəl mətbuatda xəbərlər yayılmışdı. Ramana qəsəbəsində ondan ev alan Ləman Heydərova Laçın Vəliyevi 42 min manat müqabilində söz verdiyi evi yarımçıq təhvil verməkdə günahlandırmışdı. Qadının iddiasına görə, makler evinə hücum edib və evi onun adına rəsmiləşdirmək müqabilində əxlaqsız təklif edib. Makler isə bu iddiaların böhtan olduğunu bildirib.

İlkin ehtimala görə, Laçın Vəliyevin döyülməsinə bu mübahisə səbəb olub.(APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu