Gəncədə arvad ərini bıçaqladı




Gəncədə bıçaqlanma olub.



APA-nın verdiyi məlumata görə, 1961-ci il təvəllüdlü şəhər sakini Ağayev Bayram Yədulla oğlu qarnın ön divarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat olunub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, B. Ağayev yaşadığı evdə ailə münaqişəsi zamanı həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu