Dünən Azərbaycanda 74 cinayət əməli törədilib




Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 74 cinayət faktı qeydə alınıb, onların da 13-ü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 18 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 12 nəfər tutulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu