Xalq şairi Fikrət Qocanın oğlunun qatili məhkəmə qarşısında




Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Elnur Nəhmədov, Pərviz Hüseynov və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.



Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Novruz Kərimov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı avqustun 2-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi bu il martın 11-də gecə saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında baş verib. Bakı şəhər sakini 54 yaşlı Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirilib. Y.Qocayev hadisə yerində ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib.

Təqsirləndirilən şəxslərdən - Pərviz Hüseynov və Ruslan Məmmədovun Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq), Elnur Nəhmədov isə Cinayət Məcəlləsisinin 120.2.2-ci (xuluqablıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Qətlə yetirilən Y.Qocayev xalq şairi Fikrət Qocanın oğludur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu