Bacısına mesaj yazanı öldürən 17 yaşlı yeniyetməyə hökm oxunub





Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan 17 yaşlı Mirismayıl Hüseynovun cinayət işi üzrə məhkəmə icstintaqı yekunlaşıb.



Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Ramella Allahverdiyeva sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə əsasən M.Hüseynov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun azyaşlı olması, mərhumun anasının onu bağışlaması yüngülləşdirici hal kimi nəzərə alıb.

Qətl hadisəsi 2016-cı il dekabrın 14-də Bakının Nəsimi rayonunda "Memar Əcəmi" metrostansiyasının qarşısında baş verib.

Xatırladaq ki, Mirismayıl Hüseynov bacısının telefonunda onun 21 yaşlı Ələkbər Muxtarovla yazışmasını görüb. O, daha sonra başqa profil açaraq bacısı ilə danışan şəxsə yazmağa başlayıb. Ə.Muxtarov ona saxta profildən yazıldığını hiss edib və həmin şəxsi bloka atıb. Bundan sonra M.Hüseynov bacısının telefon nömrəsindən birbaşa Ələkbərin telefonuna zəng vurub və onunla görüşmək istədiyini deyib. Əsgərlikdən yeni gələn Ələkbər görüşə gəlməyə razılaşıb. Görüş zamanı tərəflər mübahisə edib və M.Hüseynov onu bıçaqlayaraq öldürüb.

Qeyd edək ki, M.Hüseynov Bakı Biznes Kooperasiya Kollecinin 1-ci kurs tələbəsi olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu