Goranboyda 18 yaşlı gənc naməlum şəxs tərəfindən bıçaqlanıb




Goranboy sakini bıçaqlanıb.

APA-nın verdiyi məlumata görə, hadisə rayonun Qızılhacılı kəndində qeydə alınıb. Kənd sakini, 1999-cu il təvəllüdlü İsazadə Elvin Ömər oğlu bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. 18 yaşlı oğlanın kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu