Bakıda azyaşlı qızı zorlamaqda şübhəli bilinən 34 yaşlı kişi həbs edilib

Xəbərin çap versiyası
Tarix: 9-08-2017, 19:01    |    Xəbər oxunub: 1 012 dəfə
Bakıda azyaşlı qızı zorlamaqda şübhəli bilinən 34 yaşlı kişi həbs edilib


Azyaşlıya qarşı cinayət törətməkdə şübhəli bilinən şəxs həbs edilib.

Baş Prokurorluqdan verilən məlumata görə, Bakı şəhər sakini, azyaşlı Nigar Hüseynovaya (ad, soyad şərtidir) qarşı 1983-cü il təvəllüdlü Abbas Murad tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktına görə avqustun 8-də Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş, şahidlər dindirilmiş və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində A.Murad şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

O, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Türkiyə Şərqi Qüdsdə səfirlik açacaq

Türkiyə Şərqi Qüdsdə səfirlik açacaq

Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu-

Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu- YENİLƏNİB

Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir

Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir

Sevdiyi oğlanla ailə qura bilməyən qız özünü öldürmək istədi

Sevdiyi oğlanla ailə qura bilməyən qız özünü öldürmək istədi

OPEK-dən Azərbaycan nefti ilə bağlı proqnoz

OPEK-dən Azərbaycan nefti ilə bağlı proqnoz

Azərbaycan cüdoçusu Ukraynanın mütləq çempionu oldu

Azərbaycan cüdoçusu Ukraynanın mütləq çempionu oldu

Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşü başladı

Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşü başladı

Ərdoğanı öldürmək istəyən 9 terrorçu həbs olundu

Ərdoğanı öldürmək istəyən 9 terrorçu həbs olundu

Azərbaycanlı alimin ixtirası “dəm qazı terroru”na son qoyacaq

Azərbaycanlı alimin ixtirası “dəm qazı terroru”na son qoyacaq

Saakaşvili Poroşenkoya barışıq təklif edib

Saakaşvili Poroşenkoya barışıq təklif edib

NATO Rusiya təhlükəsinə qarşı qüvvələri üçqat artırdı

NATO Rusiya təhlükəsinə qarşı qüvvələri üçqat artırdı

Bakıda böyük tikinti şirkətinin rəhbəri saxlanıldı

Bakıda böyük tikinti şirkətinin rəhbəri saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur