Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub

Xəbərin çap versiyası
Tarix: 9-08-2017, 20:08    |    Xəbər oxunub: 658 dəfə
Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub


Bakıda piyadanı vuraraq qaçan sürücü barəsində həbs qətimkan tədbiri seçilib.



Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə yaydığı məlumatda bildirilir ki, Nizami rayonunun polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Belə ki, avqustun 6-da paytaxtın Nizami rayonu ərazisində 1995-ci il təvəllüdlü İbrahim Cavad oğlu Məmmədovun talama məqsədi olmadan Əfqan Böyükağa oğlu Kərimova məxsus “Mercedes-Benz C180” markalı 90-DS-298 dövlət nömrə nişanlı avtomobili qanunsuz olaraq ələ keçirib qaçıraraq şərxoş halda idarə etmişdir. Bu zaman yolu keçmək istəyən piyada Allahverdi Səməd oğlu Tağıyevi vuraraq ona bədən xəsarətləri yetirməsi, daha sonra yolun kənarında dayanmış “Honda CRV” markalı 99-GB-635 dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 185.2.4 (zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə), 263-1.1 (sərxoş halda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində İbrahim Məmmədov avqustun 7-də şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

İ.Məmmədov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Yağ niyə bahalaşır?-

Yağ niyə bahalaşır?- ARAŞDIRMA

ATMU Türkiyədə keçirilən beynəlxalq konqresdə təmsil olunub

ATMU Türkiyədə keçirilən beynəlxalq konqresdə təmsil olunub

Sahibkarlara qan udduran, rayonu cəhənnəmə çevirən, milyonluq villası olan icra başçısı

Sahibkarlara qan udduran, rayonu cəhənnəmə çevirən, milyonluq villası olan icra başçısı

ASGA sədri baş direktor müavini ilə görüşdü

ASGA sədri baş direktor müavini ilə görüşdü

Mənə görə, Əli Kərimlinin ağlı yoxdur-

Mənə görə, Əli Kərimlinin ağlı yoxdur- Rauf Arifoğlu

Ramil Səfərovdan Mübariz Mənsimova hədiyyə-

Ramil Səfərovdan Mübariz Mənsimova hədiyyə- FOTO

Murad MTRŞ-yə canlı efirdə cavab verəcək

Murad MTRŞ-yə canlı efirdə cavab verəcək

Aslan İsmayılov polisdə dindirilib

Aslan İsmayılov polisdə dindirilib

Azərbaycanda yeni beyin mərkəzi yaradıldı

Azərbaycanda yeni beyin mərkəzi yaradıldı

Bakıda 26 yaşlı gənc liftin şaxtasına düşərək ölüb

Bakıda 26 yaşlı gənc liftin şaxtasına düşərək ölüb

Ramil Usubov cinsi azlıqların saxlanılmasına münasibət bildirib

Ramil Usubov cinsi azlıqların saxlanılmasına münasibət bildirib

Vaqif Abdullayevin ad günü münasibətilə sahibkarlardan pul yığılıb?-

Vaqif Abdullayevin ad günü münasibətilə sahibkarlardan pul yığılıb?- ŞİKAYƏT

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur