Məşhur meyxanaçı faciəvi şəkildə dünyasını dəyişdi- FOTOLAR




Tanınmış meyxana ustası Bayram Kürdəxanlı (Bayramqulu Quliyev) avtomobil vurması nəticəsində ölüb.



Hadisə Kürdəxanı qəsəbəsində baş verib. Bayram Kürdəxanlı yolu keçərkən onu qəsəbə sakini Emin Fərhadov tərəfindən idarə olunan "Peugeot" markalı avtomobil vurub. B.Kürdəxanılı ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Sürücü E.Fərhadov saxlanılıb, onun barəsində cinayət işi başlanılıb.

Məlumata görə, hadisə B.Kürdəxanılı qəsəbədəki toy mərasimindən evinə gedərkən baş verib. (APA)














AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu