Sabunçuda qəza: 2 ölü, 2 yaralı


Ötən gecə paytaxtın Sabunçu rayonunda iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

APA TV-nin məlumatına görə, hadisə Zabrat-Maştağa yolunda qeydə alınıb. İçində 4 nəfərin olduğu yüksək sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını yol kənarındakı hasara çırpıb.

Divara çırpılan avtomobil daha sonra 2 yeniyetməni vurub. Onların hər ikisi elə hadisə yerində dünyasını dəyişib. Maşında olan 15 yaşlı Kənan Hüseynov və 13 yaşlı Aftandil Vahidov isə, ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Yaralılar dərhal əməliyyat olunublar.

Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti ağırdır. Qəza törədən sürücü 14-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu