Salyan həbsxanasında atışma: yaralanan əsgər Bakıya gətiriləcək




Bu gün səhər saatlarında 5 saylı cəzaçəkmə müəssisəsində odlu silahdan açılmış atəşlə yaralandığı üçün Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmiş konvoy taborunun əsgəri, 19 yaşlı Əyyublu Əyyam Mamay oğlu üzərində aparılan əməliyyat başa çatıb və hazırda xəstənin vəziyyəti stabil-ağır olaraq qalmaqdadır.

Ə.Əyyublu bədəninin sol nahiyəsini deşib keçən və bağırsaqlarını da zədələyən 3 güllə yarası alıb. Xəstənin yaxın saatlarda Bakı şəhərindəki hospitala aparılacağı gözlənilir.

* * *

Bu gün səhər saatlarında Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Salyan rayonunun Yenikənd kəndində yerləşən, el arasında “Xələc türməsi” adı ilə tanınan 5 saylı cəzaçəkmə müəssisəsinin mühafizə xidmətində qulluq edən əsgər, 1998-ci ildə anadan olmuş Əyyublu Əyyam Mamay oğlu qarın boşluğundan aldığı güllə yarası ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hazırda əsgərin üzərində cərrahiyyə əməliyyatı aparılır. Hələlik hadisənin hansı şəraitdə baş verməsi barədə rəsmi açıqlama verilməyib.

Faktla bağlı Respublika Hərbi Prokurorluğunda araşdırmalara başlanılıb.(virtualaz)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu