Xanıma 353 min manat pul "atan" bələdiyyə sədrinə yeni cinayət işi açıldı




Dələduzluqda təqsirləndirilən Məhəmmədli kəndinin bələdiyyə sədri olmuş Vaqif Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Ağıt Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəməyə şahidlər gəlməyib. Bu səbəbdən məhkəmə oktyabrın 3-nə təxirə salınıb.

Məhkəmədə o da məlum olub ki, sabiq bələdiyyə sədri barəsində yeni cinayət işi də açılıb. O, yenə də dələduzluqda təqsirləndirilir. Onun barəsində açılan cinayət işi üzrə istintaq başa çataraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, bələdiyyə sədri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən həbs olunub. Buna səbəb bələdiyyə sədrinin bir neçə vətəndaşa yüz min manatlarla miqdarında maddi ziyan vurmaqda, pullarını mənimsəməyərək ələ keçirməsi olub. Lakin daha sonra o, ev dustaqlığına buraxılıb.

Bələdiyyə sədrinin əməllərindən zərər çəkdiyini deyənlər arasnda xanım iş adamı Ülviyyə Abdalova da var.

Ü.Abdalova V.Nəbiyevin ondan 353 min 300 manat aldığını və bunun üçün də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinə müraciət etdiyini bildirib. (lent.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu