Rusiyada erməni iş adamı qətlə yetirilib




Rusiyanın paytaxtı Moskvada erməni iş adamı qətlə yetirilib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, güllələnərək öldürülən şəxs biznesmen, erməni diaspor təşkilatının sədri Arsen Papazyandır.

Sinəsindən ağır güllə yarası alan Papazyan xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Onun kimlər tərəfindən və hansı səbəbdən güllələnməsi məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu