Bakıda xatirə lövhələrini oğurlayan şəxslər tutulub- FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 7-10-2017, 16:18    |    Xəbər oxunub: 523 dəfə
Bakıda xatirə lövhələrini oğurlayan şəxslər tutulub-


Daxili işlər orqanlarının əməkdaşları tərəfindən Yasamal və Səbail rayonlarında yerləşən yaşayış binalarının üzərlərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə lövhələrini qeyri-aşkar şəraitdə oğurlayan şəxslərə qarşı xüsusi əməliyyat tədbiri həyata keçirilib.



DİN-in mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin ayrı-ayrı sutrukturlarının yüksək peşəkarlıqla birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məmmədəli Şəriflinin və İslam Səfərlinin xatirə lövhələrini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Müşviq Axundov və Hüseyn Abbasov, həmçinin Abşeron rayon sakini Kamran Əhmədov saxlanılıb.

Saxlanılan şəxslər ifadələrində oktyabrın 2-də Yasamal rayonu ərazisində Filologiya elmləri doktoru Abbas Zamanovun latundan hazırlanmış xatirə lövhəsini oğurlamağa cəhd göstərdiklərini də bildiriblər.

Araşdırmalar zamanı müəyyən edilib ki, dəstə üzvləri oğurladıqları xatirə lövhələrini metal qəbulu məntəqələrinə satıblar. Əməliyyat tədbirinin davamı olaraq həmin lövhələri alan metal qəbulu məntəqəsinin sahibi də müəyyən edilərək məsuliyyətə cəlb edilib.

Dəstə üzvü olan K.Əhmədovun ətrafında aparılmış əlavə əməliyyat tədbirləri ilə, onun, oktyabrın 4-də 150 saylı tam orta məktəbin həyətində ucaldılmış Milli Qəhrəman Faiq Rzayevə məxsus büstün yazılı lövhəsini oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
Bakıda xatirə lövhələrini oğurlayan şəxslər tutulub-
Bakıda xatirə lövhələrini oğurlayan şəxslər tutulub-
Bakıda xatirə lövhələrini oğurlayan şəxslər tutulub-
Bakıda xatirə lövhələrini oğurlayan şəxslər tutulub-
Bakıda xatirə lövhələrini oğurlayan şəxslər tutulub-
Bakıda xatirə lövhələrini oğurlayan şəxslər tutulub-




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Türk azarkeşlərdən “Qarabağ”a

Türk azarkeşlərdən “Qarabağ”a möhtəşəm dəstək-FOTOLAR

Qazaxıstanda 13 Azərbaycan vətəndaşı saxlanılıb

Qazaxıstanda 13 Azərbaycan vətəndaşı saxlanılıb

"Baku Electronics"dən müştəriyə onlayn satışda kələk

Ermənistanla bağlı Azərbaycanda çəkilmiş film Rusiyada qadağan edilib

Ermənistanla bağlı Azərbaycanda çəkilmiş film Rusiyada qadağan edilib

Kataloniya rəhbərliyi hakimiyyətdən kənarlaşdırıldı

Kataloniya rəhbərliyi hakimiyyətdən kənarlaşdırıldı

“Barselona” Arda Turanı satmaq istəyir

“Barselona” Arda Turanı satmaq istəyir

Barama FinTech Hackathon 2017 Mobile App layihəsinə qeydiyyat başladı

Barama FinTech Hackathon 2017 Mobile App layihəsinə qeydiyyat başladı

Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib

Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib

İqtisadiyyat naziri Ağdaşda vətəndaşları qəbul edib

İqtisadiyyat naziri Ağdaşda vətəndaşları qəbul edib

Qənirə Paşayevadan televiziyalara şəhidlərlə bağlı çağırış

Qənirə Paşayevadan televiziyalara şəhidlərlə bağlı çağırış

Müdafiə nazirindən qoşunlara tapşırıq

Müdafiə nazirindən qoşunlara tapşırıq

Gənc xanəndə Pərviz Qasımov solo konsert verəcək

Gənc xanəndə Pərviz Qasımov solo konsert verəcək

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur