Akif Çovdarovun işində prokurordan gözlənilməz çıxış


Akif Çovdarovun işində prokurordan gözlənilməz çıxış


Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəməsində prokuror ittihamın bəzi hissəsinin sübuta yetirilmədiyini deyib.



Lent.az-ın məlumatına görə, bu barədə təqsirləndirilən Səlim Məmmədovun vəkili Cavid Rzazadə məlumat yayıb.

Vəkil bildirib ki, prokuror çıxışında maddi ziyanla bağlı zərərçəkmişlərin iddiasının məhkəmə istintaqı zamanı sübuta yetirilmədiyini deyib: "Dövlət ittihamçısı zərərçəkmiş şəxslərə mənəvi zərərin vurulduğu sübuta yetirilmədiyindən bununla bağlı hissədə mülki iddiaların təmin olunmamasını xahiş edib".

Cavid Rzazadə həmçinin qeyd edib ki, iş üzrə 16 nəfər şəxs guya məhz mənəvi zərər çəkdiklərinə görə zərər çəkmiş şəxs qismində tanınıb.

Qeyd edək ki, hazırda hakimlər hökm qəbul etmək üçün müşavirədədir.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında A.Çovdarovun rütbələrdən, fəxri adlardan məhrum edilməklə 15 il, S. Məmmədovun 12 il, O.Osmanovun 9 il və A.Əliyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı S.Məmmədov, O.Osmanov və A.Əliyevin də rütbələr və fəxri adlardan məhrum olunmasını tələb edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu