Polis də “Toyota Prado”ya atəş açıb- Bakıdakı atışma olayı ilə bağlı yenilik


Polis də “Toyota Prado”ya atəş açıb-


Bakıda Sabail Rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Orxan Axundzadə yaralandığı atışma ilə bağlı hadisədə döngələr dəyişir.

Məlumatlı mənbələrdən virtualaz.org-a məlum olub, “Toyota Prado” avtomobilini təqib edərkən yüksək vəzifəli polis əməkdaşları müki geyimdə olublar.

Avtomobildə olan şəxslər onları təqib edənlərin polis əməkdaşları yox, Azərbaycan prezidenti Mühafizə xidmətinin sabiq-əməkdaşı Muşviq Mədətovun adamları olduğunu güman ediblər.

Və Orxan Axundzadə avtomobilə yaxınlaşarkən tapança çıxararaq havaya xəbərdarlıq atəşi açıb. Sonra polis əməkdaşları birlikdə “Toyota Prado” avtomobilini atəşə tutaraq ona üst-üstə 11 güllə atıblar.

***

Bu gecədən başlayaraq Bakıda bir neçə ağır cinayətlər törədən dəstə üzvlərinin kimliyi məlum olub.

Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nzirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.

Onun sözlərinə görə, dünən axşam Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətova hücum edənlərin tutulması üçün bu gün əməliyyat keçirilib:

“Əməliyyat zamanı silahlı şəxslər Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadəni yaralayıblar. Yaralı zabit hospitala yerləşdirilib. Hazırda vəziyyəti yaxşıdır”.

E.Zahidov bildirib ki, cinayətkar dəstənin kimliyi müəyyənləşdirilib:

“Cinayətkarların idarə etdiyi avtomobilin dövlət nömrə nişanı və kimlikləri müəyyənləşdirilib. Hazırda onları tutulması istiqamətində tədbirlər davam etdirilir”.


Dünən axşam vaxtı metronun “İçərişəhər” stansiyası yaxınlığında naməlum cinayətkarın Azərbaycan prezidenti Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətovu bılçaqlaması barədə xəbər vermişdik. Hadisənin Müşfiq Mədətov çayxanadan çıxarkən baş verdiyi bildirilirdi.

Onu da qeyd etmişdik ki, M.Mədətov ərizə ilə polisə müraciət edib.

Polis əməkdaşları cinayətkarların tutulmasına cəhd göstəriblər. Məlumatlı mənbələrdən virtuaz.org-a bildiriblər ki, cinayətkarlar asayiş keşikçilərinə atəş açıblar. Nəticədə Sabail Rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Orxan Axundzadə yaralanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu