İran vətəndaşını öldürənlər tutuldu- Novxanıda dəhşətli qətl

Xəbərin çap versiyası
Tarix: 17-10-2017, 20:03    |    Xəbər oxunub: 1 068 dəfə
İran vətəndaşını öldürənlər tutuldu-


Sumqayıt şəhərində törədilmiş ağır cinayətin üstü “isti izlər”lə açılıb və onu törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb ediliblər.

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən AzVision.az-a verilən birgə məlumata görə, oktyabrın 12-də üzərində zorakılıq əlamətləri olan İran vətəndaşı Mohtati Saman Nemat oğlunun meyiti yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki evində aşkar olunmuşdur. Bu barədə daxil olmuş məlumat əsasında şəhər prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq müvafiq ekspertizalar təyin edilib.

Şəhər prokurorluğu və Polis İdarəsinin əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Yunus Camallı, Natiq Babaverdiyev, Ceyhun Talıblı, Pərvin Əlməmmədov və Zahid Dünyamalıyev tutularaq istintaqa cəlb olunublar.

Aparılmış ilkin istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, Y.Camallı, N.Babaverdiyev, C.Talıblı, P.Əlməmmədov və Z.Dünyamalıyev quldurluq yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub oktyabrın 11-də gecə saat 4 radələrində mərhumun yaşadığı ünvana gəlib, evə qanunsuz daxil olaraq Saman Mohtatini qəsdən öldürüb, lakin evdən hər hansı bir əmlak əldə edə bilməyib hadisə yerindən qaçıblar.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası növbəti aksiyasını Şəkidə keçirəcək

Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası növbəti aksiyasını Şəkidə keçirəcək

Ramin Quluzadə Biləsuvarda vətəndaşlarla görüşəcək

Ramin Quluzadə Biləsuvarda vətəndaşlarla görüşəcək

İcra başçısının korteji narazılığa səbəb oldu-

İcra başçısının korteji narazılığa səbəb oldu- Bir polis, 10 mülki avtomobil...+VİDEO

DİDK-da ulu öndərin xatirəsi anılıb

DİDK-da ulu öndərin xatirəsi anılıb

Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib-

Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib- FOTOLAR

ETSN-in kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

ETSN-in kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

BNA kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər-

BNA kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər- FOTOLAR

Dövlət Miqrasiya Xidmətində Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib

Dövlət Miqrasiya Xidmətində Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib

“Nar”-dan Yeni il ərəfəsində sərfəli rominq təklifləri

“Nar”-dan Yeni il ərəfəsində sərfəli rominq təklifləri

Bu gün qüdrətli Azərbaycan Ulu Öndərin sayəsində dünyada öz layiqli yerini tutur

Bu gün qüdrətli Azərbaycan Ulu Öndərin sayəsində dünyada öz layiqli yerini tutur

Şahbaz Quliyev və Dilqəm Əsgərov sərbəst buraxıla bilər

Şahbaz Quliyev və Dilqəm Əsgərov sərbəst buraxıla bilər

DİN şəhidlərin ruhuna hörmətsizlik edən gənci araşdırır-

DİN şəhidlərin ruhuna hörmətsizlik edən gənci araşdırır- VİDEO

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur