Qaçan məhbuslardan biri tutuldu


Qaçan məhbuslardan biri tutuldu


Qatardan qaçan dustaqlardan biri, Əli Ağami saxlanılıb.



Penitensiar Xidmətin Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, 1989-cu il təvəllüdlü Əli Ağami bu gün keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib.

Qeyd edək ki, Ə. Ağami və E. Məmmədov oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçıblar.

Ə.Ağami Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama), E. Məmmədov isə Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı) maddəsi ilə ittiham olunaraq həbs olunub. Onların cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı E. Məmmədovla Ə. Ağaminin hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Mühafizə altından qaçdıqlarına görə, Cinayət Məcəlləsinin 304.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu