40 qəpiyə görə tanışını bıçaqlayan şəxsə 8 il cəza verildi


40 qəpiyə görə tanışını bıçaqlayan şəxsə 8 il cəza verildi


Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirli bilinən Elşən Bəndəliyevin məhkəmə istintaqı yekunlaşıb.

Prosesə hakim Cavid Hüseynov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə əsasən E.Bəndəliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2016-ci ilin yanvar ayında Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən kafede baş verib. Elşən Bəndəliyev tanışı Yadigar Rüstəmovla kafedə mübahisə edib və onu bıçaqla vurub. Hadisə yerindən qaçan Elşən Bəndəliyev barəsində həbs qətimkan tədbiri seçilməyib.

E.Bəndəliyev ifadəsində hadisəni bilərəkdən törətmədiyini deyib. O, bildirib ki, bıçaq tanışına təsadüfən dəyib: "Kafedən ondan pul istədim. Münasibətlərimiz çox yaxşı idi. 40 qəpik pul götürdüm. Həmin vaxt bıçaq cibimdə idi. Bıçaq bilmədən ona dəydi".(virtualaz)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu