Bərdə sakini qardaşını öldürən həmkəndlisinin başını kəsmək istədi


Bərdə sakini qardaşını öldürən həmkəndlisinin başını kəsmək istədi


Bərdə rayonunda yerli sakin həmkəndlisinin başını kəsmək istəyib.

"Report"un verdiyi məlumata görə, hadisə rayonun Dəymədağlı kəndi ərazisində yerləşən qəbiristanlıqda dəfn zamanı baş verib.

Belə ki, həmin kəndin sakini, 28 yaşlı Mövlan Adil oğlu Cabbarov həmkəndlisi Xaliq Qərib oğlu Məmmədovun bıçaqla boğazını kəsmək istəyib. Nəticədə M.Cabbarov X.Məmmədovun boğaz, baş və bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirib. Yaralı dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan yaralının əməliyyat olunduğu və vəziyyətinin ağır olduğu bildirilib.

Hadisədən sonra M.Cabbarov Bərdə Rayon Polis Şöbəsinə gələrək könüllü təslim olub.

Qeyd edək ki, həmkəndlilər arasında uzun müddətdir "qan davası" olub. Belə ki, sonuncu dəfə X.Məmmədovun M.Cabbarovun qardaşını qətlə yetirdiyi bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu