Lənkəranskinin sərvəti "Lotu Quli"yə verildi: "Oğru dünyası"nda yeni klan


Lənkəranskinin sərvəti "Lotu Quli"yə verildi:


22 illik həbsdən sonra oktyabrın 24-də azadlığa buraxlan "qanuni oğru” "Lotu Quli"nin (Nadir Səlifov) gələcək fəaliyyəti ilə bağlı ilginc iddialar irəli sürülür. AFN cebhe.info-ya istinadən xəbər verir ki, Rusiya mətbuatı hazırda İstanbulda olan "Lotu Qulin"in yaxın zamanda "kriminal dünya”nın ən yuxarı eşalonuna rəhbərlik uğrunda mübarizəyə başlayacağını yazır.



Mətbuatın yazdığına görə, "oğru aləmi”nin yuxarı eşalonunda təmsil olunan ancaq 2 nəfərə indiyə qədər bu qədər "ümidlə” baxılıb. Bunlar Şakro Molodoy və Yaponçik olub. Bəzi ekstrasenslər iddia edib ki, Yaponçik Amerikada həbsdə yatdığı zaman onun yaddaşı silinib. Şakro isə İspaniyada uzunmüdətli həbsdən sonra Rusiyaya qayıtsa da azadlıqda çox qalmayıb və yenidən həbsə göndərilib. Beləliklə, öz zamanında nə Yaponçik, nə də Kürd Şakro "oğru aləmi”nə rəhbərliyi birbaşa ələ ala bilib. "Lotu Quli"ni isə onların hər ikisindən daha bir üstün cəhəti var- gəncliyi, 45 yaşındadır. Üstəlik Rövşən Lənkəranskinin qətlindən sonra onun olan bütün sərvət Şakronun və Cvanqveladzenin bütün etirazına baxmayaraq "Lotu Quli"nin ixtiyarına verilib. Etiraz edən isə ancaq Rövşənin yaxın qohumu Zaur Əhmədov olub. O, indi də Quli ilə "müharibə vəziyyətindədir”.

Quli azadlığa çıxdıqdan dərhal sonra Peterburqda onun dostu Elşən Məmmədovun ehtimal edilən qatilləri saxlanılıb. Saxlananlardan biri də Zaurun doğma qardaşı Emin idi. Beləliklə, Zaur "Lotu Quli" ilə mübarizə meydanında təklənmiş durumdadır.

Xatırladaq ki, "Lotu Quli" 2000-ci ildə Raul və Şirəli Aslanov tərəfindən "taclandırılıb”.

Ancaq indi "Lotu Quli"nin daha bir problemi var. Ətrafındakı azərbaycanlı "oğru”lar bir-biri ilə yola getmir. Son illər azərbaycanlı "oğru”lardan heç bir öz əcəli ilə ölməyib. Onlardan ancaq Vaqif "Lotu Quli"nin ünvanına tənqid səsləndirməyib.

İndi bir çoxları Kürd Şakronun "Lotu Quli" ilə münasibətlərini izləyir.

Ekspertlər bildirir ki, yaxın zamanda kriminal aləmin ən qaynar nöqtəsi Abxaziya olacaq. Orda "Lotu Quli"nin Pıza ilə yekunlaşmamış söhbəti var. İndi bir çoxları Kürd Şakronun "Lotu Quli" ilə münasibətlərinin necə olacağını izləyir.

Onların ikisinin əməkdaşlığı barədə heç bir məlumat yoxdur, ancaq düşmən olmaları ilə bağlı da məlumat verilmir. Onların arasında heç bir ünsiyyətin olmadığı deyilir. Şakro daha çox Rövşənə "stavka” edib və bunu ancaq ona görə edib ki, Rövşən azadlıqda olub. İndi isə Şakro özü həbsdə, Lotu Quli azadlıqdadır. İndi ikisi arasında "körpü” rolunu Kaxa Parpaliyanın oyanayacağı deyilir. Ancaq bu körpü yox, dava da ola bilər. Şakronun ətrafından ancaq Kaxa Lotu Quli ilə mübarizə edəcək səviyyədədir.

Məlumdir ki, "Lotu Quli" öz klanını yaradacaq. Bu klanın milliyyət, yoxsa ərazi prinsipi ilə yaranacağı hələlik məlum deyil. Hazırda Qulinin ətrafında qardaşı Namikdən başqa bu şəxslər var - Puxliy, Kuner, Nika, Qoca, Maçi, Merab Pipiya. Məhz onlar klanın özülünü təşkil edəcək. Klana 2015-ci ildən Şakronun qadağa siyahısına düşən şəxslərin da qəbulu gözlənilir. "Lotu Quli"nin həmin şəxslərə qoyulan qadağanı götürmək üçün Kürd Şakronun azadlığa çıxacağını gözləyəcəyini düşünmək əbəsdir. Rəşad və Roma Stavropolskinin adı bu sırada ilk çəkilir. Hər iki şəxs Şakronun qadağasına baxmayaraq "Lotu Quli" tərəfindən "oğru” adandırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu