Dəhşətli cinayət: Əlaqə təklifini rədd edən qadınları doğrayıb...itlərə yem edib


Dəhşətli cinayət:


Rusiyada dəhşətli cinayətin üstü açılıb.



Cebhe.info yerli mətbuata istinadən bildirir ki, Aleksandr Maslennikov adlı şəxs onunla qrup əlaqəsinə girməkdən imtina edən qadınları öldürərək itlərə yedirdib.

Daha əvvəl təcavüz və soyğun ittihamları ilə cəza çəkən Maslennikov həbsdən çıxdıqdan sonra gecə klubunda tanış olduğu 2 qızı evinə dəvət edib. 29 yaşlı Darya və Olqa gecəni həmin evdə qonaq kimi qalıblar. Ancaq Aleksandr onlara birgə intim əlaqə təklif edib və qadınlar bundan imtina edib.

Etirazdan qəzəblənən 31 yaşlı şəxs hər ikisini bıçaqlayıb öldürüb və cəsədləri doğraraq itlərə yedirib.

Qadınların itkin düşməsi barədə ailələrin müraciətindən sonra polis araşdırmaya başlayıb. Onların hər ikisinin Aleksandrla birgə gecə klubundan çıxdıqları görünütülər tapılıb. Yaxalanan qatil cəsədlərin hissələrini basdırdığı yeri polisə göstərib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu