Sosial şəbəkələr vasitəsilə gəncləri soyan dəstə üzvlərinə hökm oxundu


Sosial şəbəkələr vasitəsilə gəncləri soyan dəstə üzvlərinə hökm oxundu


Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində quldurluqda ittiham olunan İsmayıl Meybullayev, Rəhim Rəhimov, Elnur Balakişiyev, Rakif Xəlilov, Asiman Məmmədov və Arifə Musayevanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Prosesə hakim İradə Həsənzadə sədrlik edib.



Prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə İ.Meybullayev 10 il 6 ay, E.Balakişiyev 10 il 3 ay, R.Rəhimov 10 il 6 ay, E.Balakişiyev 10 il 3 ay, R.Xəlilov 14 il, A.Məmmədov 10 il 6 ay azadlıqdan məhrum edilib. Yetkinlik yaşına çatmayan A.Musayevaya şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, adı çəkilən şəxslər sosial şəbəkələr vasitəsi ilə gəncləri Bakıda kafeyə çağırıb, onları külli miqdarda hesab ödəməyə məcbur ediblər.

Vətəndaşların müraciətlərindən sonra ötən ilin may ayında Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başladılıb. İstintaq əməliyyatları nəticəsində dəstə üzvləri - Salyan rayon sakini, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü R.Xəlilov, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü İ.Meybullayev, Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü R.Rəhimov, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü E.Balakişiyev, Naxçıvan MR sakini, 1989-cu il təvəllüdlü A.Məmmədov və yetkinlik yaşına çatmayan, yəni 2000-ci il təvəllüdlü, Salyan rayon sakini A.Musayeva tutulub. A.Musayeva barəsində polisin nəzarətinə verilmə qərarı çıxarılıb, digər şəxslər isə həbs edilib.

Məhkəmənin hazırlıq iclasında isə A.Musayevanın daha əvvəl prosesinə gəlmədiyi əsas götürülərək, barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib. (virtualaz.org)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu