Əli İnsanovun məhkəməsi təxirə salındı


Əli İnsanovun məhkəməsi təxirə salındı


Bu gün Ali Məhkəmədə Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.



Virtualaz.org saytının xəbərinə görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Rizvan Şəmmədov cinayət materialları ilə tanış olmadığını bildirib və prosesin təxirə salınması ilə bağlı vəsatət verib. Vəkil Ağaveyis Şahverdi isə vəsatətin təmin olunmamasını istəyib. Amma məhkəmə vəsatəti təmin edib və proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Qeyd edək ki, 2016-cı ilin oktyabrında, həbs müddətinin bitməsinə 56 gün qalmış keçmiş nazirə narkotik və ya psixotrop maddələr əldə etmə, saxlama və hakimiyyət nümayəndəsinə zor tətbiq etmə maddələri ilə ittiham irəli sürülüb. 2016-ci ilin aprelində Qaradağ Rayon Məhkəməsi onu 7 il 5 gün müddətinə azadlıqdan məhrum edib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Ə. İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilib. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Həmin cəza müddəti ötən ilin oktyabr ayında başa çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu