“Qoca” ilə birgə qaçan məhbusa hökm oxunub

Xəbərin çap versiyası
Tarix: 14-11-2017, 11:19    |    Xəbər oxunub: 1 009 dəfə
“Qoca” ilə birgə qaçan məhbusa hökm oxunub


Bakıda qatardan qaçan məhbus Əli Ağaminin əvvəlki cinayət işi üzrə məhkəmə iclası başa çatıb.



Ötən gün Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimlər kollegiyası Ə.Ağamiyə hökm oxuyub. Proses Bakıda, Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirilib. Məkumata görə, hakimlər kollegiyası Lənkərandan Bakıya məhz bu məhkəmə iclasına görə gəlib. Məhkəmənin hökmü ilə Ə.Ağami 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağaminin cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılırdı. Dövlət ittihamçısı onun 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Ə.Ağami və digər məhbus, "Qoca" ləqəbli Etibar Məmmədov oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar. Bir müddət sonra Ə.Ağami Şirvanda həbs edilib. E.Məmmədov isə əməliyyat zamanı öldürülüb.

Xatırladaq ki, 28 yaşlı Ə.Ağami 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra həbs edilib. Belə ki, Şirvan şəhər sakinləri Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfərdən biri də Ə.Ağamidir. Qətlə yetirilən E.Nəciyev kriminal aləmdə “Krıtıy Elvin” adı ilə tanınıb.
Hazırda Ə.Ağaminin qaçmasına görə açılmış cinayət işi üzrə istintaq davam etdirilir. (report)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
18 dekabrda keçirilən hərracın nəticəsi:

18 dekabrda keçirilən hərracın nəticəsi: rəqabət dövlət əmlakının qiymətini 3 dəfə artırdı

Ölüm bir dərd, Naxçıvana aparmaq başqa dərd-

Ölüm bir dərd, Naxçıvana aparmaq başqa dərd- AZAL meyit çəkir

"Dəmir Yolları"nın işçilərini elektrik cərəyanı vurdu: ölən və yaralanan var

Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

Azərbaycanda 5 gün iş olmayacaq

Azərbaycanda 5 gün iş olmayacaq

248 saylı məktəb ətrafında QALMAQAL:

248 saylı məktəb ətrafında QALMAQAL: “Nazir yoxlama göndərsin” deyənlərə direktordan CAVAB

Moskvada Azərbaycanın elektron və mobil rezidentlik təqdim etməsi müzakirə olunub

Moskvada Azərbaycanın elektron və mobil rezidentlik təqdim etməsi müzakirə olunub

Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Daşkəsən rayonunda istifadəyə verildi

Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Daşkəsən rayonunda istifadəyə verildi

Havaya atılan tullantıya görə “GurCel” MMC cəzalanıb

Havaya atılan tullantıya görə “GurCel” MMC cəzalanıb

Ölkənin ən populyar uçuş istiqaməti

Ölkənin ən populyar uçuş istiqaməti

İcra başçısının müavini məhkəmədə:

İcra başçısının müavini məhkəmədə: “Abdin müəllim zəng edib dedi ki…”-6.5 milyonluq qalmaqal

“Nar” mətbuat nümayəndələrini bir araya topladı-

“Nar” mətbuat nümayəndələrini bir araya topladı- FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur