Leyla Şıxlinskayanın mənimsəmədə təqsirləndirilən işçilərinin məhkəməsi başladı


Leyla Şıxlinskayanın mənimsəmədə təqsirləndirilən işçilərinin məhkəməsi başladı


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Leyla Şıxlinskayanın klinikası”nın böyük məbləğdə mənimsəmədə ittiham olunan işçilərinin cinayət işi üzrə hazırlıq iclası keçirilib.



Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin hazırlıq iclası noyabrın 20-ə kimi təxirə salınıb.

Təqsirləndirilənlərin sayı 6 nəfərdir, onların arasında klinikanın keçmiş baş mühasibi Şəhla Abbasova da var. Məhkəmə önünə çıxarılan digər işçilər isə Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsüyeva və Yelena Abdullayevadır.

Onlara Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 179 (mənimsəmə) maddələri ilə ittiham verilib.

Keçmiş işçiləri klinikanın rəhbəri Leyla Şıxlinskayanın hüquq-mühafizə orqanlarına dörd il əvvəlki şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunublar. Xalq artisti onları klinikanın kassasından 700 min manatlıq mənimsəmədə günahlandırır.

Bu iş üzrə istintaqı əvvəlcə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, daha sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu