Yasamalda üzərində xəsarətlər olan kişi meyiti tapılıb


Yasamalda üzərində xəsarətlər olan kişi meyiti tapılıb


Bakının Yasamal rayonunda mənzildən kişi meyiti tapılıb.



"Report" xəbər verir ki, 1980-ci il təvəllüdlü Zeynalov Kamal Oqtay oğlunun meyiti Şərifzadə küçəsində yerləşən binalardan birində tək yaşadığı mənzildə aşkar edilib.

Onun üz nahiyəsində xəsarət izləri olub. İlkin ehtimala görə, mərhum sərxoş vəziyyətdə olarkən yıxılıb və ölüb.

Fakt Yasamal Rayon Prokurorluğu tərəfindən araşdırılır. Ölümün səbəblərini araşdırmaq üçün ekspertiza aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu