Olimpiada iştirakçısı barda öldürüldü


Olimpiada iştirakçısı barda öldürüldü


“Rio 2016” oyunlarında iştirak etmiş kolumbiyalı ağırlıqqaldıran Edvin Mosqera Roa öldürülüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı idmançı Palmira şəhərində barların birində silahlı hücuma məruz qalıb.

Başından və kürəyindən güllələnən Mosqera yerindəcə keçinib.

Polis hazırda hadisəni törədən şəxsi axtarır.

Cinayətkarı tapana 4 min avro mükafat veriləcəyi vəd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
[/related-news]
menyu
menyu