Nardaran hadisələri ilə bağlı təqsirləndirilən şəxslərə hökm oxundu


Nardaran hadisələri ilə bağlı təqsirləndirilən şəxslərə hökm oxundu


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Prosesə hakim Zeynal Ağayev sədrlik edib. Prosesdə hökm oxunub.

Hökmə əsasən, Zülfüqar Mikayılov 17 il, Faiq Allahverdiyev 13 il, Əli Hüseynov 12 il 3 ay, Mehman Quliyev 13 il, Mehman Məmmədov 12 il 3 ay, Eldar Bünyatov 12 il 3 ay, Elman Ağayev 13 il, Elxan Həsənov 12 il 3 ay, Mübariz İbrahimov 13 il, Ruzi İsmayılov 15 il, Ramin Seyfullayev 13 il, Cabir Əliyev isə 14 il müddətinə azadlıqdan məhrum olunublar.

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində “Müsəlman Birliyi” hərəkatının rəhbəri Taleh Bağırov, Elman Ağayev, Zülfüqar Mikayılov və digərləri saxlanılıb. Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 qəsəbə sakini həlak olub.

Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb. (virtualaz)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu