Yevlaxda külli miqdarda narkotik maddə aşkarlanıb


Yevlaxda külli miqdarda narkotik maddə aşkarlanıb


Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu tədbirlər həyata keçirilib və nəticədə 7 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.



DİN-in mətbuat xidmətindən verilən məlumata görə, əldə edilən məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsi və Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhər sakini, əvvəllər məhkum olunmuş Nəsimi Babayevin yaşadığı evə baxış keçirilib və oradan ümumi çəkisi 5 kiloqram 62 qram olan marixuana aşkar edilərək götürülüb.

Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Füzuli rayon sakini Əfsər Suanverdiyevdən 1 kiloqram 610 qram marixuana aşkar edilərək götürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu