Bakıda əməliyyat: "Polkovnik" tutuldu

Xəbərin çap versiyası
Tarix: 15-12-2017, 17:45    |    Xəbər oxunub: 598 dəfə
Bakıda əməliyyat:


Dələduzluq yolu ilə insanları aldadan və bununla da zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirilib.



DİN-dən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinə müraciət edən paytaxt sakini Tofiq Qasımov bildirib ki, avqustun 6-da özünü hüquq-mühafizə orqanlarının polkovnik rütbəli zabiti kimi təqdim edən əvvəldən tanıdığı Rizvan adlı şəxs tərəfindən dələduzluq yolu ilə aldadılaraq 11000 manat pulu mənimsənilib.

Şikayətçi ərizəsində həmin şəxsin pulu ondan oğlunu universitetlərdən birinin hüququ fakültəsinə düzəldəcəyi adı ilə aldığını qeyd edib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunan Rizvan Cəfərov saxlanılıb. Saxlanılan zaman onun əynində Ədliyyə Nazirliyinin Penitensiar xidmətin əməkdaşı olmadığı halda, həmin orqanın xüsusi geyim forması olub.

Bakıda əməliyyat:


Qeyd edilən faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Rizvan Cəfərovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun dələduzluq və ya digər qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin "102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə məlumat verə bilərlər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Türkiyə Afrində quru əməliyyatına başladı

Türkiyə Afrində quru əməliyyatına başladı

Sabah hava küləkli, dumanlı olacaq

Sabah hava küləkli, dumanlı olacaq

Nadir Qarayevin Samir Şərifova böyük xəyanəti

Nadir Qarayevin Samir Şərifova böyük xəyanəti

Təhsil nazirinin müavini vəzifəsindən azad edilib

Təhsil nazirinin müavini vəzifəsindən azad edilib

Rusiya MN: ABŞ-ın törətdiyi təxribatlar Afrindəki böhrana səbəb olub

Rusiya MN: ABŞ-ın törətdiyi təxribatlar Afrindəki böhrana səbəb olub

"Qalatasaray" klubuna yeni prezident seçilib

Afrindəki əməliyyatda iştirak edən Türkiyə təyyarələri bazalara qayıdıb

Afrindəki əməliyyatda iştirak edən Türkiyə təyyarələri bazalara qayıdıb

Çin Azərbaycan ərazisindən Avropaya yük daşımalarını artırdı

Çin Azərbaycan ərazisindən Avropaya yük daşımalarını artırdı

Qarabağda erməni əsgər yaralanıb-

Qarabağda erməni əsgər yaralanıb- vəziyyəti ağırdır

Ermənilər Qazaxı atəşə tutdu:

Ermənilər Qazaxı atəşə tutdu: mülki təsərrüfata ziyan dəydi

Corc Soros ona qarşı olan dövlətlərə meydan oxudu:

Corc Soros ona qarşı olan dövlətlərə meydan oxudu: "Ölənə qədər sizinlə varam”

Qənirə Paşayeva İstanbulda Qarabağla bağlı Türk dünyasına çağırış edib-

Qənirə Paşayeva İstanbulda Qarabağla bağlı Türk dünyasına çağırış edib- FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur