Piyada qadını vurub qaçmış avtobus sürücüsü saxlanılıb


Piyada qadını vurub qaçmış avtobus sürücüsü saxlanılıb


Paytaxtda piyadanı vurub qaçan avtobus sürücüsü saxlanılıb.



DİN-in mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 15-də saat 16 radələrində paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Mehriban Ələkbərova vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərlə yol-nəqliyyat hadisəsinin avtobusla törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə “İsizu” markalı xətt avtobusunu idarə edərkən hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Aqşin Kərimov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu