İstanbulda daha bir “qanuni oğru” öldürüldü


İstanbulda daha bir  “qanuni oğru” öldürüldü


İstanbulda kriminal aləmdə Dato Pankisski kimi tanınan 36 yaşlı “qanuni oğru” David Alxanişvili öldürülüb. Virtualaz.org “Rustavi 2” telekanalına istinadən xəbər verir ki, Dato Pankisskinin qohumlarının bildirdiyinə görə, hadisə dekabrın 22-də baş verib.



Mənbəyə əsasən, cümə günü axşam Alxanişvili İstanbuldakı restoranlardan birində olub. Şam yeməyi vaxtı ona zəng edərək, küçəyə çıxmasını xahiş ediblər. Küçəyə çıxan kimi “qanuni oğru”ya bir neçə dəfə atəş açılıb və o, hadisə yerində həlak olub.

Bildirilir ki, qətl “qan davası”nın nəticəsi ola bilər. Belə ki, Dato Pankisski Tariel Oniani klanına mənsubdur və bu klan hazırda həbsdə olan “Şakro Molodoy”un (Zaxariy Kalaşovun) klanı ilə düşməndir.

“Novosti-Qruziya” yazır ki, 2011-ci ildə Oniani klanının üzvləri Kalaşovun bacısı oğlu, kriminal aləmdə Dato Krasnodarski kimi tanınan David Ozmanova hücum etmişdilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu