Avtobusda dəhşət- Arvadının gözü qarşısında kişini öldürdülər


Avtobusda dəhşət-


Cəlilabad rayonunda qətl hadisəsi baş verib.



AFN-in "Report”a istinadən məlumatına görə, hadisə bu gün günorta saatlarında rayon mərkəzində qeydə alınıb.

Belə ki, Cəlilabad rayonunun Uzuntəpə kənd sakini Rakif Hüseynov həyat yoldaşı ilə sərnişindaşıyan marşrut mikroavtobusu ilə gedərkən qəfildən bir nəfər onun ürək nahiyəsinə bıçaq zərbəsi endirib. Yaralı marşrut sürücüsü tərəfindən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polisin keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Faktla bağlı Cəlilabad Rayon Prokururluğunda cinayət işi başlanıb, istintaq davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu